Dövlət qurumlarında yoxlama aparıldı, materiallar prokurorluqda - RƏSMİ

img

06-04-2015 [20:59]


Azərbaycan Hesablama Palatası ötən il apardığı yoxlamalar nəticəsində 2-si analitik olmaqla 82 nəzarət həyata keçirib, bəzi hallarda cinayət əlamətləri ehtimal olunan nəticələr aşkarlayıb.

Bu, Hesablama Palatasının 2014-cü ildəki fəaliyyətinə dair hesabatında əksini tapıb. Hesabatda bildirilir ki, hesabat ilində aparılmış nəzarət tədbirlərinin nəticələri barədə məlumatlar Azərbaycan Milli Məclisinə təqdim edilib, cinayət əlamətləri ehtimal olunan 4 tədbirin nəticələri üzrə müvafiq materiallar Azərbaycan Baş Prokurorluğuna göndərilib. Palata Vergilər Nazirliyi ilə birlikdə də nəzarət tədbirləri həyata keçirib, eyni zamanda 1 halda tikinti norma və qaydalarına əməl edilməsi vəziyyətinin yoxlanılması üçün Azərbaycan Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə göndərilib.

Palatanın həyata keçirdiyi nəzarət tədbirlərindən 78-i dövlət büdcəsinin gəlir və xərclərini, 4-ü büdcədənkənar dövlət fondlarının (təsisatlarının) gəlir və xərclərini, 20 nəzarət tədbiri Naxçıvan Muxtar Respublikasının büdcəsini əhatə edib.

Hesabat ilində məxfi sahədə aparılmış iki nəzarət tədbirinin nəticələri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq bu Hesabata daxil edilməyib, lakin nəticələri barədə məxfi qaydada Azərbaycan Milli Məclisinə məlumat verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA