I Avropa Oyunları öncəsi əfv olacaq

img

06-04-2015 [16:19]


Mərhum dövlət başçısı Heydər Əliyevin doğum günü və "Bakı 2015 I Avropa Oyunları" öncəsi amnistiya aktının imzalanacağı haqda müxtəlif məlumatlar yayılır.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov Modern.az saytına açıqlamasında məlumatlara aydınlıq gətirib:

"Müəyyən vaxtlarda Azərbyacanda amnistiya olub. Amma sözügedən ərəfədə amnistiya gözlənilmir. Bunun üçün qanunvericilik təşəbbüsü də yoxdur”.

Deputat qeyd edib ki, hazırda növbəti əfvlə bağlı işlər gedir:

"Bildiyiniz kimi, ənənəvi olaraq bayramlar və xüsusi günlərdə cənab prezident İlham Əliyev əfv sərəncamı imzalayır. Çox güman ki, bu dəfə də əfv sərəncamı imzalanacaq”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu da Modern.az-a açıqlamasında may ayında amnistiya yox, əfv sərəncamı gözlədiklərini bildirib.

Sonuncu dəfə Azərbaycan prezidenti İlham Əliyev bu il martın 18-də əfv sərəncamı imzalayıb. Sərəncam 101 məhkuma şamil olunub. Onlardan 90 nəfər həbsdən buraxılıb, 7 nəfərin cəriməsi bağışlanıb, 4 nəfər isə islah işlərindən azad olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA