Korrupsiya: İcra başçısının I müavininə xəbərdarlıq edilib - RƏSMİ

img

06-04-2015 [15:16]


Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavininə xəbərdarlıq edilib.
 
Mia.az Report-a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının 2014-cü il üzrə hesabatında bildirilib.

Hesabata əsasən, Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən auditin nəticəsi üzrə görülən işlər barədə Hesablama Palatasına daxil olan məlumatda dörd obyekt üzrə 10231,2 manat dəyərində inventar və avadanlıqların müvafiq podratçılar tərəfindən quraşdırıldığı, beş obyekt üzrə yerinə yetirilməyən 61724,4 manat məbləğində tikinti işlərinin dəyərinin dövlət büdcəsinə bərpası və 5127,1 manat dəyərində keyfiyyətsiz yerinə yetirilən işin yenidən işlənməsi bildirilib.

Hesabat sənədində nöqsanlara yol verən 3 nəfərə, o cümlədən RHİ-in birinci müavininə (Ramiz Tatarov), 1 şöbə müdirinə və 1 mütəxəssisə xəbərdarlıq edildiyi qeyd olunub.

Qeyd edək ki, hesabat Milli Məclisin aprelin 14-də keçiriləcək plenar iclasında müzakirə olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA