Oqtay Şirəliyevdən sərt qərar: İki baş həkim cəzalandırıldı

img

06-04-2015 [14:38]


Azərbaycanda iki baş həkim cəzalandırılıb.

Bu barədə Hesablama Palatasının 2014-cü il üzrə hesabatında bildirilib.

Belə ki, Səhiyyə Nazirliyi tərəfindən auditin nəticələri üzrə həyata keçirilən intizam-tənbeh tədbirləri nəticəsində nöqsanlara yol verən 3 saylı Şəhər Klinik Xəstəxanasının baş həkimi tutduğu vəzifədən azad edilib. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə rəisinə və avtobazanın direktoruna töhmət verilib, 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkiminə və Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoruna isə xəbərdarlıq edilib.

Qeyd edək ki, hesabat Milli Məclisin aprelin 14-də keçiriləcək plenar iclasında müzakirə olunacaq. 

Hesabatı Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun təqdim etməsi nəzərdə tutulub(Report).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA