Büdcəyə yenidən baxılacaqmı?

img

06-04-2015 [12:43]


"Milli Məclisdə dövlət büdcəsinə yenidən baxılması ehtimalı çox aşağıdır”.

Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib.

Millət vəkilinin sözlərinə görə, dövlət büdcəsinə neftin birbaşa satışından gələn gəlirin təsiri 11 faizdir:

"Bu da 2 milyon 200 min manat edir. Azərbaycan hökuməti investisiya layihələrini təsdiq edəndə orada 1 milyard manata yaxın ehtiyyat saxlayıb və ondan istifadə etməyib. Ona görə də ola bilər ki, dövlət büdcəsinə yenidən baxılmasın. Neftin qiyməti 50-60 dollar səviyyəsində olarsa, təxminən dövlət büdcəsinə 700-800 milyon ziyan olacaq. 1 milyard ehtiyyat olduğu üçün dövlət büdcəsinə yenidən baxılmıya da bilər. Neftin qiymətində daha kəskin ucuzlaşma baş verərsə, o zaman baxıla bilər. Çox ehtimal ki, baxılmıyacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA