Elçibəyin oğlu: “FHN-də işləyirəm, sentyabrda da evlənəcəm”

img

06-04-2015 [11:10]


"Artıq 9 aydır ki, Fövqəladə Hallar Nazirliyində çalışıram. Burdakı işimdən məmnunam”. Bunu Modern.az saytına açıqlamasında mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev deyib.

Ərturqut Əliyevin sözlərinə görə, müxalifət nümayəndələri onunla əlaqə saxlamır.

"İşə düzələndən və nişanlanandan bəri mənimlə heç kəs əlaqə saxlamır. Tanıdığımız insanların heç biri, o cümlədən müxalifət nümayəndələri mənə telefon zəngi belə, açmayıb. Başımı aşağı salıb işimlə məşğulam. Heç kimdən də xüsusi kömək və telefon zəngi gözləmirəm”.

Ərturqut Əliyev toyunun nə vaxt olacağı ilə bağlı da açıqlama verib.

"Artıq işlədiyimə görə toyumun tez bir vaxtda olmasını da istəyirəm. İnşallah, bu ilin sentyabrında toyum olacaq”.

Qeyd edək ki, Ərturqut Əliyev bir müddət öncə, mətbuata açıqlamasında FHN-də işə düzəlməsini inkar etmişdi. Dayısı Mirmöhsün Mahmudov isə onun FHN-də kurs keçdiyini demişdi.Həmçinin, bu ilin yanvar ayının 30-da Ərturqut Əliyevin nişan mərasimi keçirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA