06-04-2015 [11:06]
Mia.az "Yeni Müsavat”a istinadən xəbər verir ki, həbs edilənlərdən birinin 2004-cü ildə "Ginnesin Rekordlar Kitabı”na adı düşmüş Lənkəranın Aşağı Nüvədi kəndinin sakini, 18 yaşlı Ələsgər Rəhim oğlu Həsənzadə olduğu müəyyənləşib. Ə.Həsənzadə 1 saat 45 dəqiqə ərzində barmaqlarının ucu ilə sinəsini yerə vurmamaq şərti ilə 3 min dəfə qalxıb-enib. Onun 7 yaşında göstərdiyi bu rekord "Ginnesin Rekordlar Kitabına” düşüb. Çünki Həsənzadəyə qədər dünyada 7 yaşdan aşağı heç kim belə bir rekorda imza atmayıb.
"Palıdlı sahil” İstirahət Mərkəzinin sahibi Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəblidir.
Mənbənin məlumatına görə, Hadi Rəcəbli həbs olunanların azad edilməsi ilə bağlı hüquq-mühafizə orqanlari ilə danışıqlar aparır: "İdmançılardan ibarət həmin dəstə deputatın himayəsində olub. Dəstənin kriminal ”razborkalarda" iştirakı ehtimal edilir", - deyə mənbə bildirib.
"Yeni Müsavat”a açıqlamasında Hadi Rəcəbli ehtimallar üzərində qurulan yazının mətbuatda işıqlandırılmasını doğru hesab etmədiyini qeyd edib: "Hadi Musa oğlu Rəcəblinin mülkiyyətində heç bir sahibkarlıq obyekti yoxdur.
Buna qədər də olmayıb, indi də yoxdur. Dünən gecə mətbuatdan bu barədə xəbər oxudum. Doğrudur, Lənkəranda cinayətkarlığa qarşı ardıcıl mübarizə aparılır. Mən tərəfdən bunlar alqışlanır, müdafiə olunur. Lənkəranda yüzlərlə yer var. Onlarla mehmanxana var. Bunun Hadi Rəcəbliyə nə dəxli var? Mən onların nə özünü, nə də ailələrini tanıyıram. Hadi Rəcəbli işlədiyi dövrdə daxili işlərin Lənkəran Polis Şöbəsinə bir dəfə də olsun zəng etməyib. Bunu inzibati orqanlardan hər kəs soruşa bilər. 45 il siyasətdə olan biri kimi, bir dəfə olsun ki, jurnalistləri məhkəməyə verməmişəm. Buna artıq təəssüf edirəm. Mənə qarşı dəfələrlə ədalətsiz, qeyri-obyektiv yazılar yazılıb. Haqqımda sözlər oynadılıb. Demədiyim sözlər başlığa çıxarılıb. Bunlar məni ağrıdır. Mən jurnalist çörəyi yemişəm. Bölgə müxbiri olmuşam. Jurnalistlərlə dostluq etmişəm. ”Jurnalistlərin dostu" seçilmişəm. Son vaxtlar haqqımda belə ədalətsiz yazılar ortaya çıxır. Niyə başqa adam yox, Hadi Rəcəbli ehtimal olunur? İndiyə qədər hansı cinayətkarla əlaqəm olub? Bu suallar məni düşündürür. Hesab edirəm ki, hörmət etdiyim, oxunaqlı qəzet olan, içərisində dəyərli jurnalistlər olan bir mətbuat orqanında belə yazı dərc olunsun, ehtimal olan yazılar getsin".
Deputat jurnalistlərə müraciət etdi: "Bir daha jurnalist dostlarıma müraciət edirəm. Ədalətsiz olmayın, haqsız yazılar yazmayın, təpədən-dırnağa yalanları ortaya qoymayın, məsələləri araşdırın, bundan sonra ortaya çıxarın. Cinayət Məcəlləsində maddə var. Cinayət sübut olunmamış, cinayətkar ola bilməzsən. Ona görə də, bu məsələlərdə həmkarlarıma müraciət edib, deyirəm ki, 45 illik ənənəni pozmayın. Məni məhkəmə orqanlarına müraciət etməyə vadar etməyin”.
Hadi Rəcəbli barəsində yazılar davam edərsə, məhkəməyə müraciət edəcəyini də qeyd etdi: "Görün nə qədər yalan xəbərdir. Sən demə, cinayətkar dəstənin başında mən dururmuşam. Bir saytın xəbərinə digərləri əlavələr edir. Guya mən cinayətkar dəstəni müdafiə etmək üçün danışıqlar aparıram. Belə yazıları yazmaq olmaz. Yaxınlarım, dost-tanışlarım mənə zəng vuraraq, məsələ barəsində soruşurlar. Belə olmaz axı. Kimsə lənkəranlıdırsa, indi oradan olmayım? Ehtimal edəndə, ehtiyatlı, diqqətli, obyektiv olun”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi