Mobil operatorların işi yoxlanılacaq

img

05-04-2015 [22:48]


Azərbaycanda mobil rabitə operatorlarının ("Bakcell", "Azercell" və "Azerfon") göstərdiyi xidmətlərin keyfiyyətinin yoxlanılmasına başlanılıb.

Bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsindən deyiblər. Monitorinq mayın sonunadək davam edəcək və Bakının mərkəzi rayonlarını və ətraf ərazilərini əhatə edəcək.

Monitorinq zamanı hər üç mobil operatorun göstərdiyi səs və məlumat ötürmə xidmətlərinin keyfiyyəti yoxlanılacaq. Operatorların göstərdiyi xidmətlərin keyfiyyətinin yoxlanılması üçün ABŞ şirkəti cəlb edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA