Polis deputatın obyektində əməliyyat keçirdi - Həbslər

img

04-04-2015 [18:51]


Polis Lənkəranın "Palıdlı sahil" İstirahət Mərkəzində əməliyyat keçirib. Əməliyyat nəticəsində 5 nəfər həbs edilib. 

Bu barədə istiqlal.az-a Lənkərandakı mənbələrdən məlumat daxil olub.

Mənbə bildirir ki, əməliyyatın movivi bəlli deyil: "Bu barədə rəsmi izahat hələ yoxdur. Təkcə o bəllidir ki, həbs edilənlər gənclərdir. Onlardan biri 2004-cü ildə Ginnesin rekordlar kitabına adı düşmüş Lənkəranın Aşağı Nüvədi kəndinin sakini, 18 yaşlı Ələsgər  Rəhim oğlu Həsənzadədir".
 
Ə.Həsənzadə 1 saat 45 dəqiqə ərzində barmaqlarının ucu ilə sinəsini yerə vurmamaq şərti ilə 3 min dəfə qalxıb-enib. Onun 7 yaşında göstərdiyi bu rekord "Ginnesin Rekordlar Kitabına" düşüb. Çünki Həsənzadəyə qədər dünyada 7 yaşdan aşağı heç kim belə bir rekorda imza atmayıb.
 
"Palıdlı sahil" İstirahət Mərkəzi Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbliyə məxsudur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA