"Gəlin həmin gün autizmli uşaqlarla birgə olaq"

img

04-04-2015 [00:33]


"Gəlin həmin gün autizmli uşaqlarla birgə olaq" şüarı adı altında 2 Aprel Autizm Məlumatlandırma Günü ilə əlaqədar Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyi geniş tədbir keçirib.

Tədbirə Dövlət qurumlarının və Beynəlxalq təşkilatların nümayəndələri,QHT-rəhbərləri,valideynlər və autizm sindromundan əziyyət çəkən uşaqlar, KİV-nümayəndələri iştirak etmişlər. Tədbirdə autizmli uşaqların ifasında əyləncəli musiqi proqramlar nümayiş etdirilmişdir.Sehrbaz, şən kulounlar uşaqları əyləndirmişlər.Övladlarını cəmiyyətdən gizlətməyə çalışan valideynlərə autizmli uşaqların cəmiyyətə inteqrasiyasında onların insanlarla daha çox ünsiyyətdə olmasının vacibliyi bildirildi. Beynəlxalq təşkilatların ,Dövlət və qeyri-dövlət təşkilatlarının və Azərsun Holding şirkətinin hədiyyələri uşaqlara təqdim edilmişdir. Təşkilat haqqında :Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyi 2008-ci ildə yarandı.2011-ci ildə dövlət qeydiyyatına alındı.Əlil Təşkilatları İttifaqı,Milli QHT Forumu,Uşaq Hüqüqları Üzrə Azərbaycan QHT Alyansı,"HOMS"Səfir Xanımları cəmiyyəti və Beynəlxalq Autizm Cəmiyyətinin üzvüdür. Azərbaycan Respublikası Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi (ADPYM) İctimai Birliyinin Mətbuat xidməti

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA