İlham Əliyev daha bir sərəncam imzaladı - DƏYİŞİKLİK

img

04-04-2015 [00:29]


Prezident İlham Əliyev "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2015-ci il 24 fevral tarixli qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

MİA-nın məlumatına görə, sərəncama əsasən, Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan prezidentinin aktlarının "Tibbi sığorta haqqında” qanununda dəyişikliklər edilməsi barədə” qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.

Həmçinin Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan prezidentinə məlumat vermək tapşırılıb.

Bundan başqa Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalıdır və bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat verməlidir. Həmin Qanundan irəli gələn digər məsələləri həll etməlidir.

Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Tibbi sığorta haqqında” Azərbaycan qanununda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.
Qeyd edək ki, qanuna edilən dəyişikliklərə əsasən, 2-ci maddədə "Azərbaycan Respublikasının Qanunundan” sözləri ", "İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının qanunlarından” sözləri ilə əvəz edilib.

13-cü maddənin üçüncü hissəsinə aşağıdakı məzmunda ikinci bəndin əlavə edilib:

"icbari tibbi sığorta üzrə müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari tibbi sığorta müqaviləsi bağlamaq;”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA