TRT kanalı Qırğızıstandakı Azərbaycan diasporundan veriliş hazırlayıb

img

03-04-2015 [23:00]


Türkiyənin TRT Türk kanalında yayınlanan "Devri aləm” proqramında Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun qırğız dilində tərcümədə nəşr etdirdiyi "Admiral Bristolun raportu - faktların dili ilə” kitabı haqqında məlumat efirə gedib. 

Bu barədə Mia.az-a məlumat verən fondun prezidenti Nüsrət Məmmədov bildirib ki, məlumatda kitabın pulsuz olaraq yayılması, Türkiyənin Qırğızıstandakı səfiri Mətin Kılıca hədiyyə edilməsi haqqında məlumat öz əksini tapıb. 

Bundan əlavə, "Devri aləm" proqramında Fondun maliyə dəstəyi ilə "Osmanlı imperiyası və Türk cumhuriyyəti” kitabının da tərcüməsinin başa çatdırılaraq, yaxın günlərdə işıq üzü görəcəyinin anonsu verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA