03-04-2015 [14:01]
Milli Məclisin bu gün keçirilən icasında vitse- spiker Ziyafət Əsgərovla deputat Fazil Mustafa arasında söz dueli yaşanıb.
AzVision.az xəbər verir ki, millət vəkili Fazil Mustafa çıxışlarda reqlamentdə müəyyən dəyişikliklərin aparılmasını təklif edib:
"Bizə təqdim olunan qanun layihələrində ayrı-ayrı məsələlərin qabağında bundan sonra yazılsın ki, filan məsələ müzakirəsiz olacaq, digər məsələ isə müzakirəli olacaq. Rəhbərlikdə nə qərar qəbul etmisinizsə, bunu bizə deyin, biz də əziyyət çəkib adımızı çıxışa yazdırmayaq. Adımız yazıla-yazıla təkid edirik ki, söz deyək, amma söz verilmir. Milli Koordinatorun məlumatı dinlənildi. Bəlkə bizim çıxışa dəyərli təklifimiz var idi?”
Millət vəkilinin çıxışına Z. Əsgərovun cavabı sərt olub: "Müraciət olundu ki, çıxış etmək istəyən varmı? Niyə çıxış eləmədiniz? Mən sizin əlinizi görmədim. Torba atmaq lazım gələndə müraciət edirsiniz, amma bu məsələlərdə təkid etmirsiniz?”.
Bundan sonra çıxış edən F. Mustafa da vitse-spikerə cavab verib: "Hesab edirəm ki, Ziyafət müəlim, deputatlara bu qədər sayğısız yanaşmaq olmaz. Xahiş edirəm, sözümüzü kəsməyin. Biz ora yazılmışıq. Dediniz ki, reqlamenti beş dəqiqə elan edirsiniz. Biz də razılaşdıq. Beş dəqiqədən sonra bir millət vəkili çıxış etdi ki, müzakirələri dayandıraq. Başa düşürəm, onun da hüququdur bu. Amma biz Milli Məclisə dinləmək üçün gəlmişiksə, oturaq bütün günü dinləyək, sakitcə gedək.
Səsimizi verib gedək, siz bunu istəyirsinizsə, bunu edək. Əgər istəyiriksə ki, burada bir neçə təkliflər səslənsin, o zaman belə etməyək.
Məsələn, İnsan Alveri ilə bağlı mənim çox ciddi təkliflərim var idi. Söhbət kimisə tənqid etməkdən, ona söz deməkdən getmir ki. Xahiş edirəm ki, bu məsələlərə diqqət edin. İnsanlardan soruşun ki, kim siyahıdan çıxsa o zaman səs verin. Kimin sözü varsa, imkan yaradın ki , danışsın. Bundan sonra gərək biz Ombudsmanın, İnsan haqları üzrə koordinatorun, hökumətin, büdcənin hamısnı birləşdirək. Biz də səs verək, sakitcə çıxıb gedək. Bu məsələdə deputatların da rəyini soruşun”.
F. Mustafanın Z. Əsəgrova cavabı deputatla birinci vitse spiker arasında gərginliyi daha da artırıb. Son olaraq çıxış edən Z. Əsgərov bildirib ki, irad bildirmək sizin hüququnuzdur, amma çıxışınızda məntiq yoxdur: "Hörmətli deputatlar əvvəl dedilər ki, beş dəqiqə olsun reqlament. Deputatların ümumi fikri belə idi və biz onu qəbul etməli idik. Burada başqa söhbət olmaz. Sonra dedilər ki, Milli Koordinator ətraflı məlumat verdi. Və onun məlumatı deputatlara paylanıb. Mən də müraciət etdim ki, kim çıxış etmək istəyir? Hamısı dedilər ki, istəmirik. Elmira xanım söz istədi, verdik. Mən sonra yenə müraciət etdim. Heç kim istəmədi. Bu nə deməkdir? İndi mətbuat buradadır deyə, siz populist çıxış etməlisiniz? Dəfələrlə müraciət etdim, Fazil bəy çıxış edərdiniz də. Özü də dedim ki kim təkid edir? Bu mənim borcumdur ki, sizə söz verim. Sözün vardısa durub deyərdin. Məsələ müzakirə edilib səsə qoyulub, bundan sonra siz mətbuat üçün əlavə materiallar verirsiz. Sizin çıxışınız yerində deyil. Sizin sözünüzü kim kəsir ki?”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi