03-04-2015 [13:01]
Mia.az xəbər verir ki, bununla bağlı "Bizim Yol” qəzeti araşdırma aparıb. Kredit portfelinin ən böyüyünə sahib olan Azərbaycan Beynəlxalq Bankından kreditləşməni dayandırmadığını, hər iki valyutada vəsait ayırdıqlarını bildiriblər. Əvəzində isə manatla verilən istehlak kreditlərinin faiz dərəcələri ötən ilin sonunda orta faizlə 19-22 faiz arasında dəyişirdisə, hazırda 23-dən 26-dək yüksəlib. Əlbəttə, bu bankdan vəsait əldə etmək fiziki şəxslər üçün demək olar ki, mümkün deyil. Son rəhbər dəyişikliyinə görə, mart-aprel aylarında müştərilərə kredit verilişlərinin qeyri-rəsmi dayandırılması ilə bağlı məlumat verilir.
"AGBank" da manatla kreditləri dayandırmasa da, faiz dərəcələrini fantastik həddə çatdırıb. Belə ki, manatla alınan istehlak kreditləri 32,6 faizdən başlayır. Bankın kredit mütəxəssisləri bunu manat ətrafında yaranan risklərlə izah edirlər.
"Rabitəbank"dan da manatla kreditləri artıq bərpa etdiklərini bildiriblər. Əlbəttə, müştərilər üçün burada da sürpriz az deyil. Belə ki, bundan sonra istehlak kreditləri üzrə faiz dərəcələri 26 faizdən başlayır.
"Bank Standart" və "Kapital Bank"dan da milli valyutada kredit verdiklərini açıqlayıblar. Lakin burada faizlərin hələ ki, artmadığını söyləyiblər.
Digər banklar isə ("Bank of Baku", "Azeri Türk Bank", "Zamin Bank" və sair) ya ümumiyyətlə, kreditləşməni dayandırıblar, ya da yalnız dollarla müştərilərə xidmət göstərirlər.
İqtisadi-ekspert Rəşad Həsənov qəzetə bildirib ki, devalvasiyadan sonra manatla kreditləşmənin dayandırılması gözlənilən idi: "Hər bir vətəndaş onu ötən ilin sonundan başlayaraq, qarşıda çətin günlər gözlədiyini bilir. Neftin qiymətinin aşağı düşməsi ilə yanaşı, ölkədə hasilat da aşağı düşüb. Bütün bunların fonunda növbəti aylarda Azərbaycan manatının güclənə biləcəyini demək mümkün deyil. Təbii ki, banklar bu məsələlərə həssas yanaşır və bizdən daha geniş araşdırır. Analiz apararaq manatın yenidən devalvasiyaya uğramasının qaçılmaz olduğunu görür. Bunun üçün qarşıdakı iki il üçün hazırlıqlar görüb, itkilərini nəzərə almalıdırlar. Ən yaxşı variant olaraq kreditləri xarici valyutada verirlər".
İqtisadçı əlavə edir ki, bankların borclanma mənbəyində də xarici valyutanın həcminin üstünlük təşkil etməsi onları bu addımı atmağa vadar edir: "Lakin manatla kreditləşməni həyata keçirmək kifayət qədər risklidir. Hazırkı situasiya vətəndaşın xeyrinə deyil. Amma bankların mövqeyindən yanaşsaq, haqlı görünürlər. Qanunvericiliklə də, hər hansı bir limit yoxdur. Bir müddət əvvəl 10 faizlik limit aradan qaldırılmışdı".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi