Bakı Apellyasiya Məhkəməsinə hakim təyin edildi-Milli Məclis təsdiq etdi

img

03-04-2015 [12:52]


Milli Məclisin bugünkü plenar iclasında Etibar Nəbiyevin Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələyə baxılıb. 

"Report"un xəbərinə görə, məsələ barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Beləliklə, yekun səsvermə nəticəsində Etibar Nəbiyev yenidən Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilib. 

Xatırladaq ki, Etibar Qəzənfər oğlu Nəbiyev 1950-ci anadan olub. 1978-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. E. Nəbiyevin ilk iş təcrübəsi 1979-1981-ci illərdə 26 Bakı komissarı (indiki Səbail) Rayon Prokurorluğunda müstəntiq vəzifəsində çalışmaq olub. Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə isə 2007-ci ildə təyin olunub və indiyə qədər orada çalışır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA