Millət vəkili "Bakcell"i məhkəməyə verəcək

img

03-04-2015 [12:46]


Millət vəkili Elmira Axindova Bakcelli məhkəməyə verəcək. O, bu barədə Milli Məclsin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib.
Millət vəkili qeyd edib ki, gün ərzində mobil telefonuna aldadıcı və reklam xarakterli smslər gəlir: "Bunların çoxu aldadıcı xarakterlidir və insanların cibini soymaq məqsədi güdür. Biz dəfələrlə bu məsələni Milli Məclisdə qaldırmışıq. Mobil operatorlara bu barədə məlumat vermişik. Amma onlar tərəfindən heç bir tədbir görülmür. Təkcə mən yox, bütün abunəçilər bundan narazılıq edirlər”.
E. Axundova ilk öncə bakcelldən xahiş sonra isə tələb etdiyini vurğulayaraq əlavə edib ki, bu cür mesajların yayılmasına son verilməlidir: "Həmin abunəçilərin müdafiəçisi kimi, Bakcelli məhkəməyə verəcəm”, o qeyd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA