ADİU ilə Fransa universitetləri arasında memorandum imzalanıb - FOTO

img

03-04-2015 [01:47]


Aprelin 2-də Strasburq Universitetinin prezidenti Alen Beretzin rəhbərliyi ilə Fransa ali təhsil müəssisələrinin rəhbərlərindən ibarət nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olub.

Mia.az xəbər verir ki, ADİU-nun rektoru, professor Ədalət Muradov qonaqlara universitet haqqında ətraflı məlumat verib. 

Görüşdə əsasən birgə əməkdaşlıq imkanları, ikili diplom və müəllim-tələbə mübadiləsi, Fransa universitetləri ilə elmi-tədqiqat sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, ADİU və Fransa universitetlərində dərc olunan elmi jurnallarda hər iki tərəfdən olan alimlərin məqalələrinin dərc olunmasının mümkünlüyü müzakirə olunub.

Ə.Muradov Fransa ali təhsil ocaqlarında menecment ixtisasının daha yüksək səviyyədə tədris olunduğunu bildirərək, gələcəkdə ADİU-da Fransa Azərbaycan menecment məktəbi yaratmağı təklif edib.

Strasburq Universitetinin prezidenti Alen Beretz iqtisadiyyat və menecment sahəsində araşdırmaların mühümlüyünü bildirib. İki universitet arasında tədqiqatçı mübadiləsinin vacibliyini vurğulayıb.

Sonra Fransanın Ruen Universiteti və Reims Şampan Arden Universitetləri ilə ADİU arasında anlaşma memorandumu imzalanıb. Hər iki sənəddə universitetlər arasında tələbə-müəllim mübadiləsi və birgə təhsil proqramlarının təşkili nəzərdə tutulur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA