Bakının ən böyük prospekti bağlanır

img

02-04-2015 [17:01]


Aprelin 3-dən 4-nə keçən gecə Bakıda Heydər Əliyev prospektinin Böyük Şor qovşağından Heydər Əliyev Mərkəzinin qarşısına qədər olan əsas hissəsi nəqliyyatın hərəkəti üçün tam bağlanacaq.

Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC-nin mətbuat xidmətindən bildirilib ki, Avropa Oyunlarının Bakıda keçirilməsi ilə əlaqədar nəzərdə tutulan marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlər intensiv şəkildə davam etdirilir. Artıq bir sıra tikinti və yenidənqurma işləri yekunlaşıb. Heydər Əliyev prospektinin bağlanmasında da əsas məqsəd I Avropa Oyunlarına hazırlıq dövründə təmir və abadlıq işləri aparmaqdır. Həmin vaxtlarda sürücülər prospektin köməkçi yollarından istifadə edə bilərlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA