Polis rəisinin oğlu cəzalandırıldı-ƏMR

img

02-04-2015 [12:45]


Azərbaycanda polis rəisinin oğlu cəzalandırılıb. Mia.az-ın xəbərinə görə, bu barədə "Report”a hüquq-mühafizə orqanlarından məlumat verilib.

 

Belə ki, Nizami Rayon Polis İdarəsinin (RPİ) İstintaq Şöbəsinin baş müstəntiqi polis mayoru Bəkir Qarayev apardığı cinayət işlərinin istintaqını həyata keçirərkən nöqsanlara yol verdiyinə görə işdən çıxarılaraq daha aşağı vəzifəyə təyin edilib. Daxili əmrə əsasən, B.Qarayev Xətai RPİ-nin 37-ci Polis Bölməsinə əməliyyat müvəkkili təyin olunub.

Qeyd edək ki, keçmiş müstəntiq B.Qarayev Ağdaş Rayon Mühafizə İdarəsinin rəisi polis polkovniki Qabil Qarayevin oğludur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA