Türkiyə yenidən terror havasına əsdi: Qadın paltarı geyinən terrorçu qaçdı (FOTO)

img

02-04-2015 [09:46]


Türkiyə bir daha şok terror hadisəsi ilə sarsılıb. 
 
Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Əmniyyət Müdürlüyünə iki bobmalı terrorçu hücum etməyə cəhd edib. Terrorçulardan biri "canlı bomba" funksiyasını yerinə yetirməyə çalışıb. Lakin polislər qadın terrorçunu (Fotosu yazıya əlavə olunur - Strateq.az) öldürməklə zərərsizləşdirə bilib: "Digər terrorçu isə yaralansa da, qarışıqlıqdan istifadə edərək qaça bilib. Onun qadın paltarı geyinmiş kişi olduğu da istisna deyil".
 
Mia.az xəbər verir ki, gizlənən terrorçunun axtarışı davam edir. Hadisədə bir polisin də yaralandığı bildirilir.
 
Hadisə ilə bağlı baş nazir Davudoğlu açıqlama verib. O, bu hadisəni polisə deyil, bütövlükdə dövlətə və xalqa yönəlmiş terror adlandırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA