Uşaq Klinik Xəstəxanasında vaxtı keçmiş dərmanlar aşkarlandı

img

01-04-2015 [16:23]


Səhiyyə Nazirliyinin "Tibb” qəzetinin əməkdaşları Respublika Uşaq Klinik Xəstəxanasında araşdırma aparıb. 

Lent.az-ın məlumatına görə, xəstəxanada dərmanların saxlandığı otaqda şərait normal olsa da, dərmanlara baxış zamanı ciddi nöqsana da rast gəlinib. Belə ki 2 qutu (20 tablet) «Enalapril» preparatının istifadə müddətinin bitdiyi məlum olub.

Araşdırma zamanı o da məlum olub ki, bəzi yerlərdə istifadə müddəti bitmiş preparatlar var. I Pediatriya şöbəsində vaxtı keçmiş 3 ampul "Adrenalin - Zdorovye”, II Pediatriya şöbəsində də isə 11 ampul "Sulfokamfokain- Darniya” aşkarlanıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA