Hərbi hissədə silahlı insident - Rəsmi Açıqlama

img

01-04-2015 [14:58]


Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsində baş verən silahlı insidentə aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-ın sorğusuna cavab olaraq məlumat verilib ki, martın 31-də saat 13:30 radələrində 3 nəfər mülki şəxs əllərində soyuq silahla (bıçaq) Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsindəki silah-sursat anbarları yerləşən ərazinin iki hasarını keçərək, mühafizə olunan və qadağan olunmuş sahəyə daxil olub.

Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinin tələblərinə uyğun olaraq görülən tədbirlər nəticəsində əraziyə qeyri-qanuni daxil olan şəxslərdən ikisi tələblərə tabe olaraq dayanıb. Üçüncü şəxs tələblərə tabe olmadığından və havaya xəbərdarlıq atəşindən sonra hərəkəti davam etdirdiyinə görə ona qarşı silah işlədilib.

Hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA