Kəmaləddin Heydərov oğlunun toyunda mahnı oxudu - VİDEO

img

01-04-2015 [11:27]


Bu günlərdə kiçik oğluna toy edən Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğluna səmimi təbriklərini çatdırdığı maraqlı video görüntüsü yayılıb.

Mia.az qafqazinfo-ya istinadən xəbər verir ki, sosial şəbəkədə paylaşılan videoda nazir Rəşid Behbudovun repertuarından "Alagöz” mahnısını səsləndirib. K.Heydərovun ifası mərasim iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Nazir ifasını "Eşq olsun Heydər Əliyev, eşq olsun İlham Əliyev” şüarı ilə tamamlayıb.

Qeyd edək ki, nazir Kəmaləddin Heydərov həm də bir sıra mahnıların musiqisinin müəllifidir. O, mahnılarını "Kamal" imzası ilə bəstələyir.

Qeyd edək ki, nazir Kəmaləddin Heydərov həm də bir sıra mahnıların musiqisinin müəllifidir. O, mahnılarını "Kamal” imzası ilə bəstələyir.

 




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA