Bakının iki rayonunda qaz verilişində məhdudiyyətlər olacaq

img

01-04-2015 [10:20]


Binəqədi və Sabunçu rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Mia.az-a daxil olan məlumata görə, bu gün saat 10:00-dan işlər başa çatanadək Binəqədi, saat 10:00-dan 15:00-dək isə Sabunçu rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Fasilələrin yaranması Motodrom ərazisinə gedən diametri 720 mm-lik orta təzyiqli qaz xəttinin üzərində istehsalat zəruriyyəti ilə bağlı siyirtmənin quraşdırılması və diametri 219 mm-lik orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması ilə əlaqədardır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA