Girov götürülən prokuror öldü - Son dəqiqə

img

01-04-2015 [01:12]


İstanbulda girov götürülən prokuror xəstəxanada dünyasını dəyişib.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, Mehmet Səlim Kiraz polisin xüsusi əməliyyatından sonra  xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Belə ki, prokuror əməliyyat otağında dünyasını dəyişib.

***

İstanbulda Ədliyyə binasında girov saxlanılan prokuror azad edilib. 

Mia.az Strateq.az-a istinadən xəbər verir ki, "Gəzi Parkı” hadisələrini araşdıran prokuror Mehmet Səlim Kirazın azad olunması üçün polis xüsusi əməliyyat keçirib. Terrorçuları zərərsizləşdirən polisin xüsusi təyinatlılarının əməliyyatı zamanı prokurorun da yaralandığı deyilir. 

Əməliyyat zamanı 3 terrorçu öldürülüb.

Qeyd edək ki, İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) adlandırılan terror təşkilatının üzvləri prokuroru iş otağında girov götürmüşdü.

Girov götürülmüş prokuror Səlim Kiraz ötən il martın 11-də Türkiyədə kütləvi etiraz aksiyaları zamanı qətlə yetirilmiş Berkin Əlvanın ölümü ilə bağlı işi aparıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA