“Human Rights Watch“un nümayəndəsi Bakı aeroportunda saxlandı

img

31-03-2015 [18:25]


"Human Rights Watch" beynəlxalq hüquq müdafiə təşkilatının nümayəndəsi Georgi Qogia martın 31-də saat 17-də Bakı aeroportunda saxlanılıb.

Bu barədə Avropa Şurasının insan hüquqları üzrə keçmiş komissarı Tomas Hammerberq Twitterdəki mikrobloqunda yazıb. "Turan"ın Azərbaycan XİN-ə sorğusuna cavabda bununla bağlı məlumata malik olmadıqlarını bildiriblər. Sərhəd Xidmətindən şərh almaq da mümkün olmayıb.
 Qogianın mobil telefonu vasitəsilə əlaqə saxlamaq da mümkün olmayıb. Qogianın Bakıya gəlişinin məqsədi açıqlanmır. Həmçinin onun məhz haradan gəldiyi də məlum deyil.
 
Qeyd edək ki, "Human Rights Watch" müəyyən dairələr tərəfindən rəsmi Bakıya təzyiq məqsədilə istifadə olunan erməniyönlü qurum hesab olunur.

bitmap-img6

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA