Nazirlik Cahangir Hacıyevin şirkəti ilə bağlı açıqlama yaydı

img

31-03-2015 [17:26]


Müdafiə Nazirliyi hərbi və xüsusi təyinatlı ayaqqabıların istehsalçısı olan BOT MMC ilə əməkdaşlığı dayandırması haqda şirkətin iddiasına cavab verib.


Nazirliyin mətbuat xidmətindən azvision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hal-hazırda Silahlı Qüvvələrin şəxsi heyəti üçün daha keyfiyyətli, müasir tələblərə cavab verən və sərfəli qiymətlərlə alınan ayaqqabıların fasiləsiz təminatı həyata keçirilir.

"BOT MMC tərəfindən istehsal olunaraq təqdim olunmuş ayaqqabı nümunələri keyfiyyət və qiymət baxımından tələblərə cavab vermədiyindən qəbul edilməyib”, - deyə nazirlikdən bildirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA