Qaradağda soyqırım qurbanlarının xatirəsi anıldı -Fotolar

img

31-03-2015 [16:07]


Bu gün Qaradağ rayonunun Sahil qəsəbəsindəki 31 mart Azərbaycanlıların soyqırımı abidə-kompleksi önünə əklilqoyma mərasimi keçirilib.


İcra Hakimiyyətindən Mia.az-a daxil olan məlumata görə, tədbir iştirakçıları erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım qurbanlarını yad ediblər. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Şura üzvləri və rayon ictimaiyyəti iştirak edib. Qaradağ Rayon İcra Hakimiyyəti başçısı S. Mikayılov və Şura üzvləri abidə önünə əklil və gül dəstələri qoyublar. Daha sonra rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ardıcıl olaraq mərasimə toplanmış ictimaiyyət nümayəndələri soyqırım qurbanlarının əziz xatirəsini yad edərək abidə önünə gül dəstələri qoymaqla öz dərin ehtiramlarını bildiriblər.








Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA