Beyləqanda soyqırımı qurbanlarının xatirəsi yad olunub - FOTO

img

31-03-2015 [12:44]


31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Beyləqan şəhərindəki "Azərbaycanlıların soyqırımı” abidə-kompleksi önündə ümumrayon anma mərasimi keçirilib.

Mia.az xəbər verir ki, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, ziyalılar, ağsaqqallar, müharibə veteranları, gənclər abidə önünə gül-çiçək dəstələri düzərək, soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad ediblər.

Anma mərasimində çıxış edənlər son iki əsrdə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətindən, 1918-ci il mart-aprel aylarında törədilən kütləvi qırğınlardan bəhs edib, həmin dövrdə baş verənləri bəşəri cinayət adlandırıblar.

Çıxışlarda ümummilli lider Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında bu qanlı cinayətə əsl hüquqi və siyasi qiymətin verildiyi bildirilib, mənfur düşmənlərimizin məkrli niyyətləri barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında dövlətimizin başçısının fəaliyyəti yüksək qiymətləndirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA