Nazir Ramil Usubov qardaşı oğlu ilə bağlı əmr verdi - Təyinat

img

30-03-2015 [22:35]


Daxili işlər naziri Ramil Usubov bu gün yeni təyinatlarla bağlı iki əmr imzalayıb. 

Mia.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, nazir Ramil Usubovun əmr ilə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin rəisi, polkovnik Fuad Əliyev rayonun 16-cı Polis Bölməsinə rəis təyin olunub. Nərimanov RPİ 16-cı Polis Bölməsinin rəisi, polkovnik-leytenant Hikmət Usubov isə Fuad Əliyevin yerinə təyinat alıb.

Qeyd edək ki, Hikmət Usubov nazir Ramil Usubovun qardaşı oğludur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA