Ziya Məmmədovun deputat qardaşı şampan sındırdı

img

30-03-2015 [16:29]


"Uralvaqonzavod” Azərbaycanın sifariş etdiyi vaqonların ilk hissəsini göndərir.

"Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu gün müqavilənin detallarını danışmaq üçün "Azərbaycan Dəmir Yoları”nın nümayəndələri şirkətin baş direktoru Oleq Sienko ilə görüşüblər.

Görüş bu yaxınlarda "Azərbaycan Dəmir Yolları”nın sifariş etdiyi müxtəlif model yük vaqonlarının alış-satışı ilə bağlı imzalanana müqavilənin reallaşdırılması çərçivəsində baş tutub. Artıq sifariş olunan vaqonların ilk hissəsi iki həftə sonra Azərbaycana göndəriləcək.

Azərbaycan nümayəndə heyəti yeni vaqonlarla tanış olublar, həmçinin Oleq Sienko və millət vəkili Elton Məmmədov göndərilməsi nəzərdə tutulan vaqonların biri üzərində şampan şüşəsi sındırıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA