30-03-2015 [11:25]
Aprel ayında səlahiyyət müddəti bitəcək Mərkəzi Bankın sədri Elman Rüstəmova yenidən etimad göstərilib-göstərilməyəcəyi təkcə bank sektorunun deyil, həm də cəmiyyətin yaxından izlədiyi prosesə çevrilib.
Mia.az-a verilən məlumata görə, bu ay səlahiyyət müddəti bitəcək Elman Rüstəmovun yenidən Mərkəzi Bankın sədri təyinatı ilə bağlı hakim dairələrdə ciddi fikir ayrılığı var:
«Əleyhdarları 1995-ci ildən Mərkəzi Bankın sədri vəzifəsini icra edən Elman Rüstəmovla yolların ayrılmasını vacib hesab edirlər. Xüususi ilə Mərkəzi Bankın 21 fevral tarixində Azərbaycanda valyuta məzənnələri ilə bağlı gözlənilməz qəfil qərarından sonra hakimiyyətə yönələn mənfi rəylərdən sonra rəqibləri onun gedişinin məqsədəuyğun olmasının üzərində israrlı dayanırlar. Ancaq Elman Rüstəmovun hakim dairələrdə ciddi dəstəkçiləri də var. Onlar baş bankirin peşəkarlıqdan daha çox, bir neçə faktora görə vəzifəsində saxlanılmasının tərəfdarıdırlar. Ən əsası isə hələ Azərbaycan manatı ilə bağlı qeyri-müəyyənliyin davam etdiyi bir dönəmdə onlar Elman Rüstəmovun vəzifədə saxlanılmasını, ən son anda isə bütün suçu onun üzərinə yönəltməklə vəzifədən alınmasını məqbul sayırlar».
Məlumata görə, Elman Rüstəmovun yaxın çevrəsi də aprelin əvvəlində gözlənilən qərarla bağlı həddən artıq əndişəlidirlər:
«Azərbaycan Beynəlxalq Bankının prezidenti Cahangir Hacıyevin istefasından sonra Elman Rüstəmov və yaxın çevrəsi həyəcanlıdırlar. Onlar hər an Elman Rüstəmovun da yola salınacağını gözləyirlər. Hətta Elman Rüstəmovun bəzi yaxınları, xüsusi ilə biznes imperiyasında «kilid nöqtələr»dən biri olan Həşim Hüseynovun bu gedişlə bağlı xüsusi tədarük görməsi haqda da müəyyən informasiyalar var».
Həşim Hüseynovun kimliyinə gəlincə, müsahibimiz bu barədə hələlik ətraflı danışmaq istəməyib. Yalnız onu deyib ki, həmin şəxs Elman Rüstəmovun yaxın ətrafında və biznes imperiyasında əsas füqurlardan biri olmaqla, «Azəriqaz» İB, «Azərsu» ASC kimi iri dövlət şirkətlərinin nəhəng layihələrində çox böyük məbləğli tenderlərdə "dəyişilməz qalib”lər arasında olur:
«Bu adam, onun şirkətləri, sahibi olduğu daşınar və daşınmaz əmlaklar haqda sizə ətraflı məlumat verərəm. Deyə bilərəm ki, «kölgə»də gizlənən bu iş adamı çox böyük sərvətlərə sahib olmaqla, Mərkəzi Bankın 21 fevral qərarı ərəfəsində bir neçə «əməliyyat»la yadda qalıb. İndisə o, Elman Rüstəmovun vəzifəsini itirəcəyindən bərk narahat olmağa başlayıb. Onun hətta bu təhlükəni nəzərə alaraq, digər nüfuzlu məmurların «qanadı»nın altına sığınmağa hazır olması haqqında da ciddi iddialar var. Əgər Elman Rüstəmovun "vurulma» qərarı reallaşarsa, o zaman onun "gəmisi”ni ilk tərk edənlərin başında da sözügedən iş adamı gələcək...”.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi