Keçmiş deputat generalları fakt qarşısında qoydu - qiymət fırıldaqları ilə bağlı SİYAHI

img

30-03-2015 [11:01]


Sabiq millət vəkili Gültəkin Hacıbəyli "Facebook" səhifəsində "qiymət oyunu" ilə bağlı maraqlı status paylaşıb.

Mia.az həmin statusu olduğu kimi təqdim edir:

"Dostlar, bilirsinizmi Azərbaycana xaricdən idxal olunan və bir kiloqramını 15-20 manata aldığımız qoz, fındıq, badam gömrükdən hansı qiymətə ölkəyə daxil olur? Bilmirsinizsə, Azərbaycan Dövlət Statistika Komitəsinin rəsmi məlumatı ilə siz də tanış olun və bilin!

Qiymətlər ABŞ dolları ilə hesablanıb:

qabığı təmizlənmiş badam - 0,49;

banan təzə qurudulmuş - 0,92;

qabığı təmizlənmiş qoz-0,97;

qurumuş qara gavalı - 0,45;

qurudulmuş üzüm -0, 52;

qurudulmuş ərik - 0,50;

qabıqlı badam - 0,55;

keşyu fındığı -0,46;

təzə heyva - 0,31;

hind qozu -0,61;

şabalıd - 0,49;

püstə - 0,99;

kartof- 0,06".

Qeyd edək ki, bu siyahıda göstərilən rəqəmlər rəsmi rəqəmlərdir. Ekspertlərin dediyinə görə,gömrükdən ölkəyə idxal olunan məhsullara görə qeyri-leqal rüsumlar alınır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA