Dubay şahzadəsinin Azərbaycandakı ov əyləncəsi haqda yeni xəbər - FOTOLAR

img

29-03-2015 [19:26]


Bu gün bir sıra xəbər saytlarında Dubay şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından biri, 18 milyard dollar məbləğində sərvətə malik şahzadə Həmdan bin Məhəmməd bin Rəşidin hələ də Azərbaycanda olduğu və Hacıqabul rayonunun Qarasu kəndində ov əyləncəsinin davam etdiyi xəbəri yayılıb.

Ancaq strateq.az araşdırıb ki, Dubay şahzadəsi şeyx Həmdan bin Məhəmməd əl-Məktum Novruz bayramı ərəfəsində Azərbaycanın bir neçə rayonunda olsa da, ölkəsinə geri dönüb. Dünən, yəni 28 mart tarixində əmirlikdə atçılıq yarışması üzrə keçirilən Dubay Dünya Kubokunun açılışında da əmirlə birgə qardaşları, oğlanları, o cümlədən şahzadə Həmdan bin Məhəmməd əl-Maktum iştirak edib.

Hətta şahzadə açılış nitqi də söyləyib. Tədbirin sonunda şahzadə ailə üzvləri ilə birlikdə yarışı izləməyə gələn xarici qonaqlarla birgə nahar süfrəsində görüntülənib...

Xatırladaq ki, Dubay şahzadəsi öz facebook və instaqram səhifəsində tədbirdən çəkilmiş şəkillər də paylaşıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA