Icra başçısı MTN əməkdaşlarını mükafatlandırdı

img

29-03-2015 [17:46]


28 mart – Milli Təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin akt zalında tədbir keçirilib.

İcra Hakimiyyətindən Mia.az-a verilən məlumata görə, Qaradağ  Rayon  İcra Hakimiyyətinin  başçısı Süleyman Mikayılov,  rayonun  hüquq-mühafizə  orqanlarının  rəhbərləri  və  Milli  Təhlükəsizlik Nazirliyinin Qaradağ rayon şöbəsinin əməkdaşları iştirak edib. 

Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov 28 mart – Milli Təhlükəsizlik orqanları işçilərinin peşə bayramı münasibətilə bütün orqan işçilərini təbrik edib.

Başçı deyib ki, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin  uzun, tarixi  və  şərəfli  bir yol  keçib:

"MTN-nin  müstəqil  dövlətimizə  uyğun  formalaşmasında  xalqımızın ümummilli  lideri  Heydər  Əliyevin  müstəsna  rolu  olub. Ulu  öndər  Heydər Əliyevin sayəsində 1964-ci ildən sonrakı dövrdə orqana milli kadrların cəlb olunması, onların  yetişdirilib,  həlledici  iş  sahələrində  rəhbər  vəzifələrə təyin  olunması nəzərəçarpacaq şəkildə  geniş  vüsət  almağa  başlayıb. 

Bu  gün  də  dövlətimizin başçısı cənab  İlham  Əliyevin  rəhbərliyi  altında  dövlətçiliyimizin,  milli maraqlarımızın  etibarlı  şəkildə  qorunması və  təhlükəsizlik  sahəsində  görülən  işlərin nəticəsində ölkəmiz  hazırda  dünyada  ən  sabit  ölkələrdən  birinə  çevrilib.  Xalqımızın milli  maraq  və mənafelərinin,  təhlükəsizliyin,  sabitliyin və əmin-amanlığın qorunmasında MTN-nin xüsusi rolu danılmazdır".

Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov  tərəfindən  Milli Təhlükəsizlik  Nazirliyinin  Qaradağ  rayon  şöbəsinin  bir nəçə əməkdaşına fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA