29-03-2015 [00:52]
Hakimiyyətə qarşı radikal mövqelərilə seçilən və bu səbəbdən Avropada siyasi mühacir statusu alan iki tanınmış jurnalist - Fikrət Hüseynli ilə Mirzə Sakit arasındakı qalmaqal pik həddə çatıb.
Bir vaxtlar aralarında yaxın dostluq münasibətəri olan jurnalistlər hazırda bir-birinin ünvanına olmazın ittihamlarını səsləndirir.
Bu qarşılıqlı ittihamlarda diqqət çəkən mühüm bir məqamla bağlı Strateq.az maraqlı araşdırma aparıb.
Məlumdur ki, jurnalist Fikrət Hüseynli Mirzə Sakitə ünvanladığı cavabda ikincinin hansı səbəbdən həbs edilməsinə toxunaraq, sensasion fikirlər səsləndirib.
Onun iddiasına görə, satirik hələ Azərbaycanda ikən pul üçün ən müxtəlif adamlara ağız açıb: "Hətta həbs olunan zaman cibində tapılan narkotik onun şantajlardan bezən icra başçılarının birinin göndərdiyi – adını bilirəm, etika xatirinə çəkmirəm – 100 dolların içində olub. Bunu həmin pulu Goranboydan Bakıya qədər gətirib çıxaran və Mirzəyə kafedə hesab verən, sonradan Rusiyaya gedən dostu da təsdiq edə bilər. Mirzə də restorandan çölə çıxanda həmin dostu onun cibinə 100 dolları qoyub. O da bilməyib ki, içində narkotik var. Nəticədə saxlanılanda cibindən narkotik çıxıb...”
Bu məsələdə xüsüsilə diqqət çəkən məqam Mirzə Sakitin həbsində heç bir siyasi sifarişin olmamasını hakimiyyətə qarşı ən radikal mövqe ilə seçilən insanın, yəni Fikrət Hüseynlinin etiraf etməsidir.
Maraqlıdır ki, bir çox nüfuzlu beynəlxalq təşkilatlar Mirzə Sakitə qarşı irəli sürülən ittihamların qurama olduğu qənətinə gələrək, jurnalisti vicdan məhbusu elan etmişdi.
Fikrət Hüseynlinin iddialarından belə nəticə hasil olur ki, Mirzə Sakitə qarşı qurulan tələ siyasi hakimiyyətin iradəsi xaricində olub və həmin plan hansısa məmurun "özfaliyyəti” nəticəsində həyata keçirilib.
Bəs, Mirzə Sakitə 100 dolların içində narkotik göndərdiyi iddia olunan icra başçısı kim olub?
Strateq.az-ın apardığı araşdırmadan məlum olub ki, bu məsələdə Naftalan rayonunun sabiq icra başçısı, eks millət vəkili Musa Musayevin adı çəkilir.
O da məlum olub ki, Mirzənin hansı səbəbdən həbs olunması ilə bağlı AXCP rəhbərliyi də məlumatlı olub və bu mövzu partiyanı dar kuluarlarında zaman-zaman müzakirə edilib.
Mənbəmizin bildirdiyinə görə, Musa Musayev həmin "hədiyyəni” əslən Goranboy rayonundan olan Elçin adlı cəbhəçi vasitəsilə Mirzəyə göndərib. Məlum hadisədən sonra Elçin Azərbaycanı tərk edib. Onun hazırda Rusiyada yaşadığı bildirilir.
Qeyd edək ki, bu qalmaqalda səslənən fikirlər ölkənin hüquq-mühafizə orqanlarına və siyasi hakimiyyətinə Mirzə Sakitin siyasi sifariş əsasında həbs olunmadığını sübut edən ciddi arqumentlər vermiş oldu. Çünki bu fikirləri söyləyən şəxsin hazırkı mövqeyi və statusu bunun üçün tam əsas verir(Strateq.az).
Onu da qeyd edək ki, Mirzə Sakit Musavat.com cibinə keçmiş cəbhəçi Elçin Rzayev tərəfindən narkotik atılması iddiasına da cavab verib. O, bu iddiaya ətraflı cavab verməsə də aşağıdakı kimi münasibətini açıqlayıb: " Elçin bəyi tanıyanlar onun elə insan olmadığını bilirlər. O, hər kəsə əlindən gələn köməyi edirdi. Axırda gördü ki, bunlar mənasız insanlardırlar və çıxıb getdi Rusiyaya... Həbsdən sonra Elçin bəylə bir-neçə dəfə görüşdük. Rusiyadan hər dəfə gələndə mənə zəng edirdi... Bax burdan-bura Elçinə də şər atır...".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi