Mərhum deputat Mikayıl Mirzənin qardaşı oğlu qətlə yetirilib

img

28-03-2015 [13:39]


Bu gün səhər saatlarında Ağsu rayonunda qətl hadisəsi törədilib.
APA-nın yerli bürosunun xəbərinə görə, Ağsu şəhər sakini 1961-ci il təvəllüdlü Mirzəyev Mahir Ağamehdi oğlu naməlum şəxs tərəfindən ov tüfəngindən açılan atəş nəticəsində dünyasını dəyişib.
O, qarın, boğaz, baş və ürək nahiyəsindən xəsarət alıb.
Ağsu aşırımında yerləşən "Ata Yurdu” restoranının sahibi olan M. Mirzəyevin kim tərəfindən və hansı səbəbdən öldürüldüyü hələ ki, məlum deyil.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, qətlə yetirilən M. Mirzəyev Azərbaycanın xalq artisti, mərhum aktyor, Milli Məclisin sabiq deputatı Mikayıl Mirzənin qardaşı oğludur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA