Rektorun qızının yeni videoları yayıldı - VİDEOLAR

img

27-03-2015 [23:25]


Novruz bayramından öncə döyülmə xəbəri və videosu ilə gündəmə gələn Xəzər Universiteti rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayeva mövzusu səngiyib. Amma musavat.com Ü.İsayeva ilə bağlı internetdə yayılmış yeni videoları əldə edib, oxuculara çatdırır. 

Birinci video "Aydın-Parlaq Ülkərim” adlanır. Bu, Aydın Əhmədzadə ilə Ülkər İsayevanın toy görüntülərindən(cütlük artıq boşanıb) ibarət klipdir. Bu, daha öncə mediada yayılan toy klipindən fərqlidir və içində yeni detallar var. Klip Miri Yusifin "Bu həyat bizim” mahnısının sədaları altında təqdim olunub. 

İkinci video isə elə Miri Yusifin sözügedən klipidir. Videodan məlum olur ki, "Bu həyat bizim” mahnısının söz və musiqisi A.Əhmədzadəyə məxsusdur. Əldə etdiyimiz məlumata görə, bu mahnı Ü.İsayevaya həsr olunub. 

Musavat.com-un üzə çıxardığı üçüncü videoda isə A.Əhmədzadə ilə Ü.İsayevanın 60-cı illər stilindəki nikah mərasimi səhnələşdirilib. Videoda cütlük 60-cı illərin dəbinə uyğun davranıb, nikah mərasimini isə teatrallaşdırıblar, nəticədə ortaya ilginc mənzərə çıxıb. 

Sevinc 



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA