Son günlər Gəncə Dövlət Universitetində (GDU) yaşanan bir sıra olaylar adı çəkilən ali təhsil ocağı ilə bağlı yeni-yeni məlumatların yayılmasına və gündəmi zəbt etməsinə səbəb olmuşdur. Universitetdə hökm sürən ab-hava ilə bağlı dəfələrlə mətbuatda tənqidi yazılar dərc olunsa da, ali təhsil müəssisəsinin rəhbərliyi bundan heç bir nəticə çıxarmayıb.
Bu dəfə sözügedən ali məktəbdə baş verənlərin bir illik xronikasına nəzər saldıq.
Xatırladaq ki, məhz bir il bundan öncə mart ayının 7-də Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov təyin edildi. Y.Yusibovun hansı yollarla rektor təyin olunması və onun əsas arxası sayılan qardaşı – Maliyyə Nazirliyinin tabeliyindəki Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusibovla birgə əməlləri haqda "Elmar Vəliyevə qarşı Yusif Yusibov və Cavanşir Yusibov ittifaqı” başlıqlı məqaləmizdə yazmışdıq. İndi isə Yusif müəllimin rektorlu dönəmində son 1 ildə baş verən ilginc olaylara diqqət yetirəcəyik.
Dəyişən yalnız rüşvət qiymətləri və kadrlardır
Aradan bir il keçdikdən sonra GDU-da yeganə islahatların məhz kadr dəyişiklikləri və rüşvət qiymətləri olduğu hamıya aydın oldu. İlk növbədə bu "islahatlar” universitetin professor-müəllim heyətinə güclü zərbə endirməklə diqqəti cəlb etdi. GDU-ya rektor təyin olunandan dərhal sonra Yusif Yusibov GDU tələbələrinin dili ilə desək "köhnə bazara yeni qiymətlər” də daxil etdi: bir imtahanın pulunu 30-40 manatdan 150 manata qədər qaldırdı, tədrisə nəzarət və monitorinq komissiyaları yaradaraq xoşu gəlməyən müəllimləri cəzalandırmağa başladı. Universitetdə öz sözünü deyən, bir neçə demaqoq müəllimi isə rektor Y.Yusibov pulla ələ alıb.
Mənbənin sözlərinə görə, professor Ş.Tağıyevə, dosent M. Mustafayevə, dosent E.Cavadova, dosent E.İsmayılova, dosent A.Əhmədovaya hər imtahan sessiyası yekunlaşdıqdan sonra 3000 manat konvert verirlər ki, səslərini çıxartmasınlar. Bir sözlə, Gəncə Dövlət Universitetində artıq adi hala çevrilmiş özbaşınalıqların sonu görünmür. Əldə etdiyimiz məlumatlar isə GDU rektorunun tək olmadığını, qohumluq və dostluq üzərində formalaşan bir qrupun tutduğu vəzifədən isyifadə edərək dövlət vəsaitini mənimsədiyini göstərir.
Biznes məkanına çevrilən GDU ərazisi
Bundan başqa ötən bir il ərzində GDU sözün həqiqi mənasında satışa çıxarıldı.
Məlumatda göstərilir ki, unıversitetin 5-ci korpusunun 5 hektaradək ərazisi var. Bu ərazinin təqribən 2 hektarı maşın təmiri sexlərinə, maşın yumaq üçün "moykaya”, çayxanaya və bir neçə mağazaya satılıb. Bura universitetin ərazisidir,heç kimin ixtiyarı yoxdur ki, həmin ərazini satsın. İstər korrupsiya hallarına qarşı mübarizəni həyata keçirməyə məsul olan qurumlar, istərsə də Təhsil Nazirliyi GDU-nun rəhbərliyinə qarşı ölçü götürməkdə acizlik nümayiş etdirirlər. Təbii ki, bu acizlik heç də adı çəkilən qurumların fəaliyyətsizliyindən irəli gəlmir. Sadəcə olaraq bu ali təhsil müəssisəsində bütün işlər o dərəcədə qarışığa salınıb ki, onlardan baş açmaq son dərəcə çətindir.Ya da baş açmaq istəmirlər.
Rektorun "rüşvət baltası” – Vaska ləqəbli şəxs
GDU-da pulyığma sessiyasının ən önəmli fiqurlarından biri də Gəncə Dövlət Universitetində Vaska kimi tanınan Vasif Həsənovdur. GDU-da komputer və proqramlaşdırma işləri onun inhisarındadır. Semestr imtahanlarının böyük hissəsi test üsulu ilə kompyuterlə verildiyinə görə, komputerlə test imtahanlarını o idarə edir.
Universitet daxilindəki mənbənin bildirdiyinə görə, imtahana pul vermiş tələbələrin qiymətləri Vasif Həsənovun xüsusi məharəti ilə düzəlir. Ələddinin sehirli çırağı olduğu kimi, Həsənov Vasifin də həmişə əlində gəzdirdiyi sehirli nootbuku var. İmtahana girən tələbə monitorun önündə düz cavabları tapıb qaralaya bilməsə də, Vasif Həsənovun noutbukdakı sehirli düymələri bu işi yerinə yetirir. Vasif Həsənov sessiya müddətində "imtahan serveri”nə girib bir-bir düz cavabları qaralayır. Hətta pul almaq məqsədilə tələbənin kompüterdə seçdiyi dogru cavabı da dəyişdirib yanlış cavabla əvəz edir, tələbə heç nə sübut edə bilmir,kəsilir və son nəticə də rüşvət verməyə məcbur olur. Beləcə savadlı kadrlar yetişdirmək amacımızı, körpə fidanlarımızın universitetə, təhsilimizə, haqqa, ədalətə inamını qaralayır. Məhz Vasif Həsənovun möcüzəsi ilə kompyuter vasitəsilə test imtahanları verib qeyri-kafi almış tələbələrin qiymətləri verdikləri pulun məbləğinə uyğun olaraq elə həmin gün düzəlir.
Təhsil Nazirliyinin yüksək diqqətinə çatdırırıq ki, bunu sadə üsulla yoxlamaq olar. Təlimata görə, tələbələrin cavabları bir semestr saxlanmalıdır. O test cavablarına baxmaq kifayətdir. Yaxud ixtiyari seçilmiş tələbələr yenidən eyni fənn üzrə imtahan versə əvvəlki nəticə çətin ki, alına. Başqa yollar da var… Universitetdə hamı onun nənəsinin erməni olduğunu bilir.
Əliqulu Quliyev macəraları…
Yusif Yusibovun Gəncə Dövlət Universitetinə təyinatından sonra vəzifə başına gələn şəxslərdən biri də Əliqulu Quliyevdir. Universitetdə görkəmli alimlərin, adlı-sanlı müəllimlərin yubileyini kecirməyə xəsislik edən Y.Yusibov həmin Əliqulu Quliyevə 19 martda 75 illiklə bağlı yubiley keçirtdi. Maraqlı burasıdır ki, rektor Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevi də hədiyyələri ilə birgə GDU-da keçirilən bu yubiley tədbirində iştirak etməyə razı sala bilib. O, Əliqulu Quliyevi Etika komissiyasının və Tədrisə nəzarət komissiyasının sədri təyin etmiş və professor olmaya-olmaya GDU-nun fəxri professoru adını vermişdir.
GDU-dan göndərilən məlumatlar arasında Ə.Quliyev haqqında məlumatlar da kifayət qədər ilgincdir. Həmin məlumatları olduğu kimi diqqətinizə çatdırırıq:
"Əslində bu elm oğrusu rəhmətə getmiş Aga müəllimin elmi əlyazmalarını ogurlayıb öz adına kitab kimi ( "Riyazi məntiq və alqoritmlər nəzəriyyəsi”, "Bul cəbri və alqoritmlər nəzəriyyəsi”) nəşr etdirmişdir. Əliqulu Quliyev ixtisası olmasa belə universitetdə müxtəlif müəllimlərin acıq dərsinə girib pul yığmaqla məşğuldur. Bu açıq dərsləri isə tələbələr hamısı ələ salır və deyirlər ki, onsuz da hər imtahanın, hər kollekviumun öz qiyməti var, bəs bu şoular nəyə lazımdır? Bu adamın ixtisası olmasa belə dərsin gedişində pedaqoji etikaya zidd olaraq tələbənin yanında müəllimə irad tutub, onun dediklərinə "düzəliş” edir,müəllimləri açıq dərsinə qiymət yazmayacağı ilə hədələyir. Daha sonra köməkçiləri Cəfər müəllimi, Tahir Ələkbərovu açıq dərs keçən müəllimlərin yanına göndərir və deyir ki, öyrən gör nəyi var. Belə açıq dərslərin qiyməti isə 150-200 manat arasındadır”.
Onu da bildirək ki, elektron poçtumuza göndərilən yazıda Ə.Quliyevin müxtəlif vaxtlara aid əməlləri haqda da məlumatlar var( Biz bu məqamın bir neçə nəfərin şəxsi həyatı ilə bağlı olduğunu nəzərə alıb təfərrüatına toxunmuruq):
"Amma indi bu adam bu gözəl kollektivə etika öyrədir. Bir necə il bundan əvvəlin söhbətidir. Əliqulu dekan seçilmək istəyirdi. Namizədlər isə Müəllimlər Universitetinin Zaqatala filialının indiki direktoru O. Rzayev və Əliqulu Quliyev idi. Dram teatrda keçirilən tədbir zamanı Əliqulu müəllimin gətirdiyi keçmiş məhbəs yoldaşları – "vor zakonlar” orada tədbirdə iştirak edən keçmiş rektor Məmmədov Elman İdris oglunu hədələyərək dedilər ki Əliqulu dekan seçılməlidir. Bunu tədbirdə hamı gördü. Elman müəllim də qorxusundan onu dekan secdirdi...”.
(http://cumhuriyyet.az/kunc/balaca-padshahlar/19720-yusif-yusibovun-rektorlugunun-bir-ili.html)