Kürdəmiri bərbad günə qoyan icra başçısı - FOTOLAR

img

27-03-2015 [19:20]

Kürdəmir rayonunda mərkəzi yol istismara yararsız vəziyyətdədir. Yolun asfalt örtüyü tamamilə dağılıb. Kələ-kötür və daşlı yol sürücülər üçün əsl işgəncəyə çevrilib. Yol bir neçə yerdən çöküb. Yağan yağış da yollardakı vəziyyəti bir qədər də dramatikləşdirir.

Rayon sakinlərinin musavat.com-a verdikləri məlumata görə, yolun təmirinə dəfələrlə vəsait ayrılsa da, çox hissəsi mənimsənilir. Nəticədə yol tələsik və keyfiyyətsiz şəkildə təmir edilir. Asfalt örtüyünün keyfiyyətsizliyi də sonda durumu bu cür acınacaqlı edir.

Həmçinin, məlumatda qeyd edilir ki, rayon rəhbərliyi sonda problemi yol-istismar idarəsi rəisinin boynuna ataraq, onu işdə çıxarıb. Problem isə çözülməmiş qalıb. Hazırda yolda heç bir təmir, bərpa işləri aparılmır.

Rayon sakinlərinin sözlərinə görə, problem təkcə mərkəzi yolda deyil. Şəhərdaxili və kənd yollarında da vəziyyət pisdir, əksər küçələrdə asfalt örtüyü sıradan çıxıb. Bir çox kənd yolları isə istismara yararsız vəziyyətdədir.

Röya,
Fotolar müəllifindir.

• Kürdəmirin yolları bərbad vəziyyətdədir - FOTOLAR  Yüklə

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA