“AST Telman” borca düşdü; Ən lüks hoteli satışa çıxarıldı

img

27-03-2015 [16:16]


Azərbaycanlı milyarder Telman İsmayılovun hoteli satışa çıxarılıb.

Mia.az ans press-ə istinadən xəbər verir ki, 2009-cu ildə Antalyada 1,4 milyard dollar xərclənərək tikilən "Mardan Palace” bələdiyyəyə olan borcları səbəbindən icra yolu ilə satılacaq.

Artıq hotelin icra detalları da açıqlanıb. Hotel 3 iyunda tenderə çıxarılacaq. İlkin qiyməti kimi "Mardan Palace”a 325 milyon TL (130 mln. dollar) qiymət qoyulacaq.

Qeyd edək ki, Antaliyanın Kundu sahilində inşa olunan otelin açılışına Monika Beluççi, Peris Hilton, Meray Keri, Riçard Gir, Şeron Stoun kimi Hollivud ulduzları, həmçinin dünyanın ən məşhur foto model, maniken və müğənniləri də iştirak etmişdi.

Böyük atəşfəşanlıqla açılışı olan hotel bütün dünya mətbuatının maraq dairəsinə düşmüşdü. Antaliyanın ən lüks hoteli olaraq göstərilən "Mardan Palace” İstanbul Boğazı şəklində inşa edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA