SOCAR-ın məntəqəsinə silahlı hücüm - 2 yaralı

img

24-03-2015 [18:35]



SOCAR-ın Tbilisidikə yanacaqdoldurma məntəqəsində (YDM) edilmiş hücum nəticəsində iki nəfər yaralanıb.

Mia.az-ın Trend-ə istinadən məlumatına əsasən, insident bazar ertəsi gecə saatlarında Quramişvili küçəsində baş verib.

Şahidlərin sözlərinə görə, bir neçə nəfər YDM-ə hücum edərək meneceri və məntəqənin operatorunu ayaqdan yaralayıb. Xəsarət alanlar təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya yerləşdirilib.

Şahidlər bildiriblər ki, onlar xeyli qan itiriblər: "Onların vəziyyəti nə qədər ağır olduğunu deyə bilmərik”.

Gürcüstan Daxili İşlər Nazirliyi SOCAR-ın Tbilisidəki yanacaqdoldurma məntəsində baş vermiş cinayətin üstünü açıb. Bədən xəsarətləri yetirmək ittihamı üzrə 1993-cü il təvəllüdlü Z. U. operativ istintaq tədbirləri nəticəsində saxlanılıb.

Məlumata görə, istintaqla müəyyən edilib ki, saxlanılan şəxs bu il martın 23-də SOCAR-ın Quramişvili prospektində yerləşən YDM-də söz atışması zamanı soyuq silahla 1991-ci il təvəllüdlü operator Zurab A. və 19983-cü il təvəllüdlü Cəfər A.-nı ayağından yaralayaraq hadisə yerindən qaçıb.

Xəsarət alanalar xəstəxanya yerləşdiriliblər. Polis Zurab U.-nu hadisədən bir neçə dəqiqə sonra saxlayıblar. Əşyayi dəil qismində cinayət aləti olan bçaq ələ keçirilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA