23-03-2015 [18:02]
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamları ilə hər il rayonun idarə, müəssisə və təşkilatlarının, əmək kollektivlərinin, ictimaiyyət nümayəndələrinin və könüllülərin iştirakı ilə kütləvi ağac əkini kampaniyaları keçirilir və bu barədə vaxtında KİV-də kifayət qədər məlumatlar yayılır. Sakinlər tərəfindən razılıqla qarşılanan bu kampaniyalar zamanı Lənkəran şəhərinin park və bağlarında, yaşayış massivlərində, küçə və meydanlarda, magistral yollarda, xüsusilə yeni asfaltlanmış yollar boyunca, qəsəbə və kəndlərdə, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin ərazilərində on minlərlə müxtəlif növ ağac və gül kolları əkilir, yeni yaşıllıqlar salınır. Təkcə 2014-cü ildə rayonda 53 mindən çox ağac və gül kolları əkilmişdir.
Lənkəran rayonu Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən "Ümumrespublika Yaşıllaşdırma” marafonuna birincilər cərgəsində qoşulmuş və bu nəcib təşəbbüsə dəstək olaraq hələ ötən il rayonda 10 mindən çox ağac əkilmiş, becərmə və suvarva tədbirləri həyata keçirilmişdir.
Eyni zamanda, İDEA İctimai Birliyinin yaz mövsümü ilə əlaqədar keçirilən "Ümumrespublika Yaşıllaşdırma” marafonunun ikinci mərhələsi Lənkəranda da uğurla icra edilir. Bu marafon çərçivəsində 35 mindən çox ağac əkiləcəkdir. Hətta havaların əlverişsiz keçməsinə baxmayaraq kütləvi ağac əkini mütəşəkkil şəkildə davam etdirilir.
Aksiyada İcra Aparatının işçiləri, rayonun idarə, müəssisə və təşkilatlarının, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin əmək kollektivləri və ictimaiyyət nümayəndələri fəal iştirak edirlər.
Ağacəkmə aksiyası əhali arasında böyük razılıq hissi ilə qarşılanmışdır.
Sərhad Məmmədov (Lənkəran rayon Ağsaqqallar Şurasının sədr müavini, Gərmətük qəsəbə sakini): – Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən ağacəkmə aksiyası bizi ürəkdən sevindirir. Yaşımın 80-i haqlamasına baxmayaraq, mən də bu xeyirxah təşəbbüsə fəal qoşulmuşam. Həm ötən ilin payızında, həm də bu bahar günlərində Bakı-Astara magistral yolunun Gərmətük qəsəbə tam orta məktəbinin yerləşdiyi ərazisində bir neçə ağac əkmişəm. Yaşıllaşdırma ekologiyamızın qorunmasında mühüm əhəmiyyət kəsb edir. Mən bundan sonra da belə aksiyalarda fəal iştirak edəcəyəm.
Surxay Əliyev (Lənkəran rayonu, Səpnəkəran kənd sakini): – Bugünkü ağacəkmə aksiyasında nümayəndəliyimizin və yerli bələdiyyənin üzvləri ilə yanaşı, kəndimizin bir qrup sakinləri də ruh yüksəkliyi ilə iştirak edirlər. Biz Bakı-Astara magistral yolunun Səpnəkəran kəndi ərazisində xeyli miqdarda müxtəlif növ ağaclar əkmişik. Bu xeyirxah təşəbbüsün – ağacəkmənin, yaşıllıqların əhəmiyyəti barədə, xüsusilə məktəblərdə maarifləndirmə xarakterli təbliğatların aparılması olduqca vacibdir. Biz bu istiqamətdə ərazimizdə lazımi təbliğat işlərini genişləndirəcəyik.
Ramazan Rəhimov (Hirkan qəsəb sakini, təqaüddə olan tibb işçisi): – Məhz yaşıllıq sahələrinin azalmasının yarada biləcəyi təhlükələrin qarşısını almaq, insanları ağac əkilməsinə təşviq etmək və ətraf mühitin mühafizəsini daha yüksək səviyyədə təşkil etmək məqsədilə Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlayan ağacəkmə aksiyası hamı kimi biz yaşlı nəslin üzvləri tərəfindən də böyük sevinclə qarşılanmışdır. Biz də bu aksiyada fəallıq göstərərək Hirkan Milli Parkının yerləşdiyi magistral yolun ərazisində çoxlu sayda ağac əkmişik. Yaşıllıq təmiz hava, ekoloji durumun saflığı deməkdir. Bu mühüm amili hamılıqla mühafizə etmək, dəyərləndirmək lazımdır. Hərəyə bir ağac əksək ətraf gülüstana çevrilər.
Hazırda eyni zamanda Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun 20 fevral 2015-ci il tarixli sərəncamı ilə Lənkəranda "Yaşıllaşdırma aylığı” kampaniyası da mütəşəkkil davam edir. Aylıq çərçivəsində dəmirağacı, palıd, sərv, eldar şamı, çinar, palma, akasiya və s. ağac növlərinin əkilməsi nəzərdə tutulmuşdur.
Ümumiyyətlə, Lənkəran Şəhər İcra Hakimiyyəti rayonun mədəni-quruculuq işlərinin tərkib hissəsi olan sağlam ekoloji mühitin yaradılması, yaşıllıqların salınması ilə bağlı cənab Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrasını özünün ümdə vəzifəsi hesab edir və bu istiqamətdə lazımi tədbirləri müntəzəm olaraq həyata keçirir. Eyni zamanda, Heydər Əliyev Fondunun təşəbbüsü ilə müxtəlif sahələr üzrə təşkil olunan tədbirlər, xüsusilə Leyla xanım Əliyevanın humanist və ibrətamiz təşəbbüsləri bütün dünyada, o cümlədən ölkəmizin hər yerində olduğu kimi, Lənkəranda da yüksək siyasi fəallıqla qarşılanır, icrasından ötrü əməli işlər görülür və bundan sonra da bu işlər davam etdiriləcəkdir.




Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi