Sabahın hava proqnozu: Yağış, duman, külək

img

23-03-2015 [12:59]


Azərbaycanda nisbətən soyuq hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mia.az-a verilən məlumata görə, martın 24-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Günün ikinci yarısı şimal-qərb küləyi ilə əvəzlənəcək, axşama doğru bəzi yerlərdə güclənəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 3-5, gündüz 8-11 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında martın 24-də bəzi yerlərdə yağış yağacaq, dağlıq və dağətəyi ərazilərdə sulu qar və qara keçəcək, bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-7 şaxta, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA