Prezident və xanımı Bakı 2015 Oyunlarına ilk biletləri alıb

img

21-03-2015 [20:06]


Tarixdə ilk Bakı 2015 Avropa Oyunlarına gedən yolda yaşanmış tarixi məqamlardan biri də Prezident İlham Əliyevlə ölkənin Birinci Xanımı və eyni zamanda Bakı 2015 Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın dünən Oyunlara ilk biletləri satın almaları olub.

Bakı 2015 komandası da Bakı Bulvarında təşkil olunan Novruz şənliklərində Azərbaycan xalqını yalnız buraxmadı. Festival zamanı Azərbaycanın Gənclər və İdman naziri və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru cənab Azad Rəhimov ilk onlayn satış sistemindən bilet satın alınması haqqında təsdiqi Prezident İlham Əliyevə təqdim edib.

Bu gündən etibarən bilet satışı http://az.baku2015.com/tickets vasitəsilə ictimaiyyətə açıq elan edilir və Avropa Oyunlarına daxil olan 20 idman növü üzrə yarışlar, o cümlədən möhtəşəm Açılış və Bağlanış Mərasimləri üçün yerlərə geniş tələbatın olacağı gözlənilir.

Bakı 2015-in Novruz şənlikləri Prezident, Birinci Xanım və Gənclər və İdman nazirinin 12-28 iyun tarixlərində keçiriləcək Oyunların proqramına daxil edilmiş idman növlərindən bir çoxunun nümayiş edildiyi stendləri ziyarət etməsi ilə mükəmməl başlanğıca imza atıb.

İctimaiyyətə də interaktiv nümayiş stendlərində Bakı 2015 idman növləri haqqında məlumat əldə etmək və onları şəxsən sınamaq imkanı verilir. Növbəti üç gün ərzində hər gün saat 14:00 - 16:00 arasında növbə ilə dörd müxtəlif idman növü təqdim edilcək.

Azad Rəhimov bildirib: "Novruz Azərbaycan xalqı üçün çox önəmli bayramdır. Bu ilki şənliklərə ölkədə keçiriləcək ən möhtəşəm idman tədbiri olan Avropa Oyunlarının təqdimatı daxil edilib. Bu il təşkil olunan bayram tədbirlərinə cənab Prezident, ölkənin Birinci Xanımı və onların ailəsinin iştirakı ilə daha möhtəşəm şəkildə start verildi.

Mükəmməl bir tədbirdir və buradakı stend nümayişləri ictimaiyyətin bu yay Bakının möhtəşəm yarış məkanlarınada keçiriləcək idman növləri haqqında məlumat almasına imkan verir."

Prezidentin bilet satın alma prosesində iştirak edən Bakı 2015-in əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq çıxışında bunları əlavə edib: 

"Bilet satışının başladılması hər bir iri miqyaslı idman tədbirinin mühüm mərhələlərindən biri hesab olunur. Bakı 2015 də buna nümunədir. Biletlərin qiymətləri olduqca əlverişlidir. İdman yarışları üçün 2 - 5 manat aralığı, Açılış Mərasimi üçün 20 manadan başlayan qiymətlər, Bağlanış Mərasimi üçün 10 manat, 16 yaşdan kiçik uşaqlar üçün isə əksər obyektlərə pulsuz giriş müəyyən edilib.

"Bilet satışının başladılması və Bakı Bulvarında quraşdırılmış məlumat stendlərinin Oyunların tarixi yaxınlaşdıqca hiss edilməyə başlanan həyəcanı daha da alovlandıracağına heç bir şübhəm yoxdur.”

Bakı 2015-in Avropa Oyunlarına bilet satışını təmin edən ultra müasir bilet satış sistemi rəsmi dəstəkçimiz Tickethour tərəfindən təqdim olunur.

Biletlərin satışının başladılması münasibəti ilə növbəti bir neçə gün ərzində silsilə Novruz konsertləri, tamaşaları və lazer şouları təşkil olunacaq. İctimaiyyətin şənliklərə qatılan Oyun Elçiləri ilə şəkil çəkdirməsi üçün Bakı 2015 şəkil stendi də qurulacaq.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA