Həbsxanada ana olan Lamiyə Quliyeva pasport alıb

img

20-03-2015 [11:13]


Həbsdə ana olması iləgündəməgələn Lamiyə Quliyeva şəxsiyyət vəsiqəsi alıb.

Axar.az-a verilən məlumata görə, azadlığa çıxandan sonra L.Quliyeva ilk dəfə vətəndaş kimi qeydiyyata alınıb. O, həbs ediləndə 15 yaşı olub, sonrakı dövrdə isə cəzaçəkmə müəssisəsində ona şəxsiyyət vəsiqəsi verilməyib.

Lamiyə mart ayında pasport problemini həll edib. Son xəbərə görə, hazırda Şəmkirdədir.

Qeyd edək ki, 2003-cü ildə Lamiyə Şəmkirin eks-başçısı Aslan Aslanovun oğlu Ruslanı namusa toxunduğu iddiası ilə öldürdüyünü bildirib. Məhkəmə Lamiyəyə 10 il, keçmiş nişanlısı Vüqar Əliyevə ömürlük hökm oxuyub. Həbsxanada nəzarətçinin döyməsi ittihamı ilə Lamiyənin işi daha 5 il artırılıb.

Həbsdə övlad dünyaya gətirməsi qalmaqalı ilə gündəmə gəlib və azadlığa buraxılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA