Bakının bu yolu bağlandı

img

20-03-2015 [10:56]


Bu gündən Bakıda daha bir yol bağlanılır. Bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC-nin mətbuat katibliyindən bildirilib.

Məlumata görə, martın 20-dən etibarən səhər saatlarından paytaxtın Ziya Bünyadov prospektinin Azadlıq və Atatürk prospektləri ilə kəsişməsində yerləşən yolötürücülərinin Böyük Şor dairəsinə gedən istiqamətdəki hissəsi bağlanıb.

Səbəb hər iki yolötürücüsündə temperatur tikişlərinin yenilənməsidir. Hazırda həmin hissədə köməkçi yollar nəqliyyatın hərəkəti üçün açıqdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA