19-03-2015 [13:43]
Azərbaycan Tibb Universitetində növbəti əmək haqqı artımı oldu.
Azərbaycan Tibb Universitetində əməkdaşların maddi rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mütəmadi olaraq lazımi tədbirlər həyata keçirilir. Universtitetdən Mia.az-a verilən məlumata görə, belə tədbirlər sırasında bu gün Universitetin Böyük Elmi Şurasında əməkdaşların əmək haqqının artırılması haqqında qəbul edilmiş qərarı xüsusi qeyd etmək lazımdır. Bu qərar "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 220 nömrəli Fərmanı və "Dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində çalışan işçilırin yeni vəzifə maaşlarının və vəzifə maaşlarına əlavələrin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 12 sentyabr tarixli 210 nömrəli qərarının ləğv edilməsi barədə” Nazirlər Kabinetinin 22 oktyabr 2012-ci il tarixli 244 nömrəli Qərarına əsasən verilmişdir. Qərara əsasən aprel ayının 1-dən etibarən ATU –da inzibati idarəetmədə çalışan rəhbər heyətin, fakültə dekanları və dekan müavinlərinin, kafedra müdirlərinin, professor – müəllim heyətinin, o cümlədən digər əməkdaşların aylıq məvacibi artırılıb. Bundan sonra fakültə dekanları 1450, kafedra müdirləri 1300, professorlar 1200, dosentlər 1050, baş müəllimlər 810, assistentlər və müəllimlər isə 750 manat əmək haqqı alacaqlar. Ümumilikdə əmək haqqı artımı universitetin bütün əməkdaşlarına o, cümlədən 1200 nəfər professor-müəllim heyətinə şamil edilib. Belə ki, son əmək haqqı artımından sonra Tibb Universitetində professor - müəllim heyətinin orta aylıq əmək haqqı 1100 manata çatıb.
Qeyd edək ki, son illər ATU-da əməkdaşların maddi rifahının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi və elmi-pedaqoji fəaliyyətlərinin stimullaşdırması məqsədilə əmək haqqlarının artırılması ənənə halını almışdır. Belə ki, yalnız 2014-cü ildə Böyük Elmi Şuranın qərarı ilə universitet əməkdaşlarının əmək haqqı iki müxtəlif vaxtda artırılmışdır.
Həmçinin universitetdə bir qrup əməkdaşın əmək haqqı peşəkarlıq qabiliyyətlərinə, elmi-pedaqoji fəaliyyətlərinə və bu sahədə əldə etdikləri nailiyyətlərə görə differensiasiya yolu ilə artırılıb.
ATU-da əməkdaşların əmək haqqının artırılması haqqında olan bu qərar, həmvətənlərimiz üçün doğma olan Novruz bayramı ərəfəsində kollektiv üçün ikiqat bayram sevinci bəxş etdi.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi