Zakir Həsənov yenidən poliqonda!

img

19-03-2015 [13:35]


Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov təlim poliqonunda tank bölmələrinin hazırlıq məşqlərini izləyiblər.

Nazirliyin verdiyi məlumata görə, döyüş təlimi hazırlığı çərçivəsində tank heyətləri ərazidə yaradılmış müxtəlif maneələri manevrlə aşma tapşırıqlarını yerinə yetiriblər.
 
Tank heyətləri marşrut mərhələlərində maneə sahəsini, dirsəkli körpünü, mina-partlayış sahəsini, tank əleyhinə xəndəyi və eskarpı dəf etməklə bacarıqlarını nümayiş etdiriblər.
 
Heyətlər tanklardan atəş açaraq təlim sahəsində yaradılmış tank, tank əleyhinə pusqu və helikopter hədəflərini döyüş atışları ilə məhv ediblər.
 
Tank heyətlərinin hazırlığından razı qalan müdafiə naziri təlim məşqlərinin daha da ciddi və intensiv aparılmasına dair tapşırıqlar verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA