19-03-2015 [13:22]
Xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı ilə bağlı Səbail rayonunda keçirilən tədbirlər çərçivəsində rayonun günbəgün böyüyən və inkişaf edən Badamdar qəsəbəsində qəsəbə icra nümayəndəliyi və qəsəbə bələdiyəsinin təşkilatçılğı ilə qəsəbədəki «N» saylı hərbi hissədə böyük Novruz şənliyi keçirilib.
Mia.az xəbər verir ki, Səbail rayon İcra Hakimiyyəti, qəsəbə ictimaiyyətinin nümayəndələrinin, bələdiyyə üzvlərinin, ağsaqqalların, qəsəbədəki 236, 239 və 329 saylı orta məktəblərin kollektivlərinin nümayəndələri ənənəvi olaraq qəsəbədəki hərbi hissələrin şəxsi heyətinin görüşünə gəlmişlər. Qəsəbədəki hər iki hərbi hissənin şəxsi heyətinin iştirak etdiyi tədbiri «N» saylı hərbi hissənin komandiri polkovnik Fehruz Əzizov açmış, Novruz bayramı münasibəti ilə şəxsi heyəti və qonaqları bayram münasibəti ilə təbrik etmişdir. O, ölkə rəhbərliyi tərəfindən ordu quruculuğu istiqamətində apardığı işlərdən, hərbi hissənin şəxsi heyətinin döyüş hazırlığı işlərində əldə etdikləri uğurlardan danışıb.
Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi Zaur Əliyev Novruz Bayramı münasibəti ilə əsgərlərimizi təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulamışdır. Zaur Əliyev ölkə başçısı cənab İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən Badamdar qəsəbəsində son illərdə həyata keçirilən sosial yönümlü layihələr barədə məlumat vermiş, qəsəbədəki quruculuq və abadlıq işlərində hərbçilərimizin də iştirakını da qeyd edib.
Səbail rayon İcra Hakimiyyətinin şektor müdiri İsrafil Kərimov məlumat vermişdir ki, bir neçə gün əvvəl Səbail rayon rəhbərliyi və rayon ictimaiyyətinin nümayəndələrindən və tanınmış incəsənət xadimlərinindən ibarət böyük nümayəndə heyəti cəbhə bölgəsində xidmət edən əsgərlərimizin qonağı olmuş, onaların xidməti ilə maraqlanmış, bayram tədbiri keçirmişlər. İsrafil Kərimov hərbi hissənin şəxsi heyətini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordumuz üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırmış və ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin oluduğunu, lazım gələrsə Prezidentimizin əmri ilə silaha sayrılaraq müharibə yolu ilə torpaqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildirib.
Tanınmış incəsənət ustalarının iştirakı ilə böyük bayram konserti keçirilmiş, tədbirdə iştirak edən əsgərlərimizə bayram sovqatları təqdim etmişlər. Şənlik bayram tonqalı ətrafında davam edib.
Daha sonra əsgərlər üçün bayram süfrəsi təşkil olunub.




Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi